Sizin Reklam Burada!

İSİM “İlk yardım” mobil tətbiqini istifadəyə verib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Uptodate In Medicine” və “Ezgil” tibbi texnologiyalar şirkəti tərəfindən birgə hazırlanan “İlk yardım” mobil tətbiqinin təqdimatı keçirilib. İSİM-in mətbuat xidmətindən verilən məlumata görə, mərkəzin direktoru Qəhrəman Haqverdiyev bildirib ki, yeni mobil tətbiq xilasetmə məsləhətlərinin hər zaman, hər yerdə əlçatan olmasına imkan verir, gündəlik fövqəladə və ya təcili tibbi hallar zamanı tövsiyə olunan müvafiq tədbirləri

31-01-2022, 12:51

Hindistan milli bayramı münasibətilə qanvermə aksiyası keçirilib

Hindistanın 73-cü Respublika Günü münasibətilə “Azadi Ka Amrit Mahotsav” (Müstəqilliyin dadı) təşəbbüsü altında Hindistanın Azərbaycandakı səfirliyi, Bakıdakı “Hind Klinikası”, Azərbaycan Hind Assosiasiyası, Azərbaycanda fəaliyyət göstərən Hindistanın etnik qruplarının nümayəndələri qanvermə aksiyası təşkil ediblər. AZƏRTAC-ın verdiyi xəbərə görə, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Mərkəzi Qan Bankı üçün qan verməyə gələn hər kəsə minnətdarlığını bildirib. O, qanvermənin

31-01-2022, 12:50

Ötən il Azərbaycanda bəzi infeksiyalarla xəstələnmə olmayıb

2021-ci ildə Azərbaycanda Milli Peyvənd təqviminə əsasən peyvəndləmə nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Qeyd olunub ki, ötən ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə skarlatina (73,6 faiz), suçiçəyi (64,5 faiz), kəskin bağırsaq infeksiyaları (13,9 faiz) və viruslu hepatit (9,8 faiz) ilə xəstələnmə halları azalıb. Kəskin

31-01-2022, 12:47

Tibb işçiləri üçün “MD Simulyasiya” platformasının təqdimatı keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) və “Equinor Apsheron AS” şirkətinin birgə layihəsi olan “MD Simulyasiya” platformasının təqdimatı keçirilib. Tədbirdə İSİM rəsmiləri, tibb işçiləri və media nümayəndələri iştirak ediblər. Toplantıda xüsusilə “MD Simulyasiya – müxtəlif ssenarili müayinə və müalicə simulyatoru”nun tibb sahəsində rəqəmsal texnologiyaların tətbiqi istiqamətində atılan ən son addımlardan

31-01-2022, 12:45

Tibb Universitetində iki yeni kafedra yaradılıb

Azərbaycan Tibb Universitetində (ATU) iki yeni kafedra fəaliyyətə başlayıb. Bu barədə məlumat verən universitetin Tədris və təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri, dosent Samir Cavadov son zamanlar səhiyyədə aparılan islahatlar nəticəsində əhaliyə ilkin səhiyyə xidmətinin təşkili və ilkin səhiyyə xidmətinin göstərilməsi üçün həmin sahə üzrə mütəxəssislərə ehtiyac yarandığını söyləyib. Şöbə müdiri bildirib ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş yeni Təhsil Proqramının peşə

31-01-2022, 12:41

“İnfeksiyaya həssaslıq və vaksinə reaksiya yuxunun keyfiyyətindən asılıdır”

Somnoloq alim COVID-19-un səbəb olduğu yuxu problemləri haqqında Pandemiya həyatın adi gedişini dəyişdi və bir sıra çətinliklər yaratdı. Bütün bunlar sağlam yuxuya mane olur, insanın normal yatmaması isə onun sağlamlığına mənfi təsir edir. Pandemiya dövründə yuxumuz necə dəyişib? Onu normal hala qaytarmaq üçün nə etmək lazımdır? M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tibbi Elmi Təhsil Mərkəzinin Yuxu təbabəti mərkəzinin rəhbəri, «СОН» (“Yuxu”) beynəlxalq forumunun təsisçisi, tibb

31-01-2022, 12:34

Əvəzedici terapiya hemofiliyalı xəstələrin ömrünü uzadır

Hemofiliya qanın laxtalanmasının pozulması ilə müşahidə olunan irsi xəstəlikdir. VIII faktor çatışmazlığı hemofiliya A və ya klassik hemofiliya, IX faktorun çatışmazlığı isə hemofiliya B, həmçinin Kristmas xəstəliyi də adlanır. Müxtəlif qanaxma və qansızmalarla müşayiət edilən bu xəstəliyə "Viktoriya" və ya "kral" xəstəliyi də deyilir, çünki onun ən məşhur daşıyıcısı Britaniya kraliçası Viktoriya olub. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Elmira Qədimova

31-01-2022, 12:12

Uşaqlarda virus infeksiyasında antibiotik istifadəsi lazımsızdır və ciddi fəsadlara yol aça bilər

Hər qış olduğu kimi, son həftələr Azərbaycanda uşaqlar arasında qrip virusu intensivləşib. Onlarda yüksək qızdırma, boğaz və baş ağrısı, iştahasızlıq, bəzi hallarda qusma və sair simptomlar müşahidə edilir. Əslində, qışda qripin, kəskin respirator virus infeksiyalarının yayılması normaldır. Ötən il COVID-19 pandemiyasına görə qapanmalar səbəbindən ünsiyyət az idi və bu, uşaqların qripə sürətlə yoluxmasının qarşısını almışdı. Bu tədris ilində isə bağçalarda və məktəblərdə ənənəvi tədrisin

31-01-2022, 12:08

UNICEF: Uşaqların vaksinasiyası məktəblərdə əyani dərslərin yenidən başlanması üçün məcburi şərt olmamalıdır

COVID-19 virusunun, xüsusilə də onun “omikron” ştamının sürətli yayılmasına baxmayaraq, dünya üzrə bütün məktəblər açıq saxlanılmalıdır. AZƏRTAC-ın verdiyi məlumata görə, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) təhsil sahəsində böhranın labüd nəticələri ilə bağlı xəbərdarlıq edərək bildirib. UNICEF-in rəhbəri Henriyetta For söyləyib: “COVID-19-un “omikron” variantı dünyada yayılmaqda davam edir. Bu vəziyyətdə biz hökumətləri uşaqların təhsil prosesinin fasiləsiz olması üçün əllərindən gələni

31-01-2022, 12:02

Azərbaycanla Belarus arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Səhiyyə Nazirliyində Belarus Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. AZƏRTAC xəbər verib ki, görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycanla Belarus arasında səhiyyə sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, ölkələr arasında əczaçılıq sənayesində də uğurlu əməkdaşlıq mövcuddur. Tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində

31-01-2022, 11:56



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova