Azərbaycanla Belarus arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycanla Belarus arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Səhiyyə Nazirliyində Belarus Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verib ki, görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycanla Belarus arasında səhiyyə sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, ölkələr arasında əczaçılıq sənayesində də uğurlu əməkdaşlıq mövcuddur. Tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərlə təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün qarşılıqlı səfərlər təşkil olunur.
T.Musayev həmçinin gələcəkdə elmi-tibbi, postpandemiya dövründə ölkələrimizin vətəndaşlarının sağlamlığının bərpası və reabilitasiyası məqsədilə sanatoriya-kurort xidmətlərinin təkmilləşdirilməsi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Səfir Andrey Ravkov da son illərdə iki ölkə arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. O, tibb təhsili sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıb, ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılmasının zəruri olduğunu bildirib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova