Ötən il Azərbaycanda bəzi infeksiyalarla xəstələnmə olmayıb

Ötən il Azərbaycanda bəzi infeksiyalarla xəstələnmə olmayıb

2021-ci ildə Azərbaycanda Milli Peyvənd təqviminə əsasən peyvəndləmə nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.
Qeyd olunub ki, ötən ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə skarlatina (73,6 faiz), suçiçəyi (64,5 faiz), kəskin bağırsaq infeksiyaları (13,9 faiz) və viruslu hepatit (9,8 faiz) ilə xəstələnmə halları azalıb. Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.
Məlumata əsasən, 2021-ci ildə yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib.
Dövlət Statistika Komitəsinin hesabatında həmçinin bildirilir ki, 2021-ci ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs və əsəb sistemi orqanlarının xəstəlikləri üstünlük təşkil edib.
Məlumata əsasən, bəzi infeksion və parazitar xəstəliklər, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də qan və qanyaradıcı orqanların problemləri də ötən il daha çox qeydə alınan xəstəliklər arasındadır.
Qeyd edək ki, ölkədə sosialyönümlü siyasətin aparılması səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin səmərəsini artırır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova