“Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər müzakirə olunub
Fevral ayında Milli Məclisin 2022-ci ilin yaz sessiyasında bir neçə plenar iclası keçirilib. İlk iclasda parlamentin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib. İş planında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi və səhiyyə ilə bağlı bəzi qanunlara dəyişikliklər edilməsi də nəzərdə tutulub. Yaz sessiyasının ikinci iclasında gündəlikdə duran məsələlərdən biri “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi idi.28-02-2022, 10:22




