İSİM “İlk yardım” mobil tətbiqini istifadəyə verib

İSİM “İlk yardım” mobil tətbiqini istifadəyə verib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Uptodate In Medicine” və “Ezgil” tibbi texnologiyalar şirkəti tərəfindən birgə hazırlanan “İlk yardım” mobil tətbiqinin təqdimatı keçirilib.
İSİM-in mətbuat xidmətindən verilən məlumata görə, mərkəzin direktoru Qəhrəman Haqverdiyev bildirib ki, yeni mobil tətbiq xilasetmə məsləhətlərinin hər zaman, hər yerdə əlçatan olmasına imkan verir, gündəlik fövqəladə və ya təcili tibbi hallar zamanı tövsiyə olunan müvafiq tədbirləri nəzərə çatdırır.
İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov tədbirdə geniş təqdimatla çıxış edərək, “İlk yardım” mobil tətbiqi barədə ətraflı məlumat verib: “Yeni mobil əlavəni telefon və ya planşetə yükləyərək, təcili tibbi yardım xidmətləri və ya digər təcili yardım qurumları tərəfindən lazım olduqda və ya təlimat verildikdə ilk yardım tədbirlərini həyata keçirmək mümkündür. Eyni zamanda, aparılan tədbirlərə dəstək olmaq üçün tematik videolara və təlimatlara addım-addım çıxış imkanı əldə etmək olar”.
Yeni mobil tətbiqdə ilk tibbi yardım və fövqəladə hallarda yardım tədbirlərinə dair tövsiyələr, istənilən vaxt 103-ə zəng etmək imkanı, ürək-ağciyər reanimasiyasına dair bilik və bacarıqları dəstəkləməyə kömək edən video və animasiyalar, şaxta, sel, zəlzələ və torpaq sürüşmələri, kimyəvi zəhərlənmələr və digər fövqəladə hallar daxil olmaqla, müxtəlif vəziyyətlərə təcili hazırlıq və cavab tədbirlərinə dair məlumatlar təqdim edilib.
“Apple” və Android sistemli mobil cihazlar üçün uyğun olan “İlk yardım” mobil tətbiqini yükləyərək, ilkin tibbi yardım və fövqəladə hallarda yardım üzrə bilik və bacarıqlar əldə etmək olar. “İlk yardım” mobil tətbiqini “Google Play Market” və “App Store”dan yükləmək mümkündür.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova