ÜST: Azərbaycanda son 10 ildə vərəm xəstələrinin sayı kəskin azalıb

Azərbaycanda həbsxanalarda həyata keçirilən vərəm əleyhinə proqram bu xəstəliyin yayılmasının qarşısını sürətlə alır. Bu fikir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hazırladığı, xüsusi olaraq Azərbaycan təcrübəsinə həsr olunan məlumatında qeyd edilir. Yazıda bildirilir ki, Azərbaycanda son 10 ildə vərəm xəstələrinin sayı kəskin azalıb. Həbsxanalarda bu xəstəliklə mübarizə xüsusi diqqətdə saxlanılır. “Cəzaçəkmə yerlərində vərəmi üzə çıxarmaq üçün biz son on ildə daim fəal çalışmışıq. Məhbuslar

30-03-2015, 12:45

ATU-nun neyrocərrahiyyə briqadası Gəncədə tibbi müayinələr apardı

Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasının müdiri, tibb elmləri doktoru, Əməkdar Həkim Sabir Elbruslunun rəhbərlik etdiyi, aparıcı neyrocərrahlardan ibarət həkim briqadası Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında vətəndaşları qəbul edərək tibbi müayinələr aparıb. Aksiya zamanı 100-dən artıq vətəndaş həkim müayinəsindən keçirilib, on nəfərdən artıq sakin cərrahiyyə əməliyyatı üçün Bakıya göndərilib.

5-03-2015, 15:11

Azərbaycan və İtaliya ictimai birlikləri infeksion xəstəliklər üzrə tərəfdaşlıq müqaviləsi imzaladı

Azərbaycanın və İtaliyanın səhiyyə qurumları arasında genişlənən əməkdaşlıq çərçivəsində Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyi ilə İnfeksion xəstəliklər və immunoloji pozuntular üzrə Dünya Assosiasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. AzərTAc-ın verdiyi məlumata görə, sənəddə infeksion xəstəliklər və immunoloji pozuntular sahəsində birgə elmi araşdırmaların aparılması, bu problemlərlə bağlı məlumatlandırmanın genişləndirilməsi və qarşılıqlı təcrübə

5-03-2015, 15:09

Orqan transplantasiyasına dair beynəlxalq konfrans keçirildi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Orqan transplantasiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. ATU və Türkiyənin İnönü Universiteti tərəfindən birgə təşkil olunan tədbirdə türkiyəli alim, professor Sezayi Yılmaz “Dünyada və Türkiyədə canlıdan qaraciyər transplantasiyası” mövzusunda məruzə ilə çıxış edib. Konfransda həmçinin “Canlıdan qaraciyər transplantasiyasının problemləri”, “Ağciyər transplantasiyası”, “Böyrək transplantasiyası” və digər

5-03-2015, 15:06

Azərbaycan – Qətər səhiyyə əlaqələri müzakirə olundu

Azərbaycanın Qətərdəki səfiri Tofiq Abdullayev bu ölkənin səhiyyə nazirinin müavini Faleh Mohamed Hussain ilə görüşüb. Görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində ikitərəfli əlaqələrin perspektivləri, səhiyyə və sosial sahələrdə birgə proqramların həyata keçirilməsi imkanları və digər məsələlər müzakirə olunub.

5-03-2015, 15:04

Culfada yeni tibb müəssisəsi açıldı

Culfa rayonunun Bənəniyar kəndində Bənəniyar Kənd Həkim Ambulatoriyası yenidənqurma işlərindən sonra istifadəyə verilib. Səhiyyə ocağına gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov burada yaradılan şəraitlə tanış olub.

5-03-2015, 14:54

“Sağlamlıq aylığı” çərçivəsində tibbi dispanserizasiya keçirilir

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, bütün ölkə ərazisində “Sağlamlıq aylığı” elan olunaraq, əhalinin icbari tibbi dispanserizasiyası keçirilir. Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, müalicəsi və profilaktikası məqsədi daşıyan aksiyanın 2015-ci il fevralın 1-dən mart ayının 31-dək keçirilməsi planlaşdırılıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, əgər tələbat yaranarsa, paytaxtdan bölgələrə tibbi heyət də göndəriləcək.

5-03-2015, 14:42

“Bakı – 2015” yarışları zamanı təcili tibbi yardım briqadaları növbə çəkəcək

“Bakı – 2015” ilk Avropa Oyunları zamanı yarışların keçiriləcəyi bütün məkanlarda, o cümlədən hotellərdə, Olimpiya şəhərciyində və kütləvi tədbirlərin təşkil olunacağı yerlərdə təcili tibbi yardım briqadaları növbə çəkəcək. Ölkəmizin ev sahibliyi edəcəyi bu mühüm idman tədbirinədək beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz olunmuş yeni “Mersedes” markalı təcili tibbi yardım avtomobillərinin istismara verilməsi də nəzərdə tutulub. Səhiyyə Nazirliyin mətbuat xidmətinin

4-03-2015, 13:30

Səhiyyə Nazirliyi ilə Silahlı Qüvvələrin Tibb Xidmətinin birgə regional təlim toplanışı keçirilib

Bərdə Müalicə-Diaqnostika Mərkəzində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin və Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə təlim toplanışı keçirilib. Tədbirdə Silahlı Qüvvələrin baş cərrahı, tibb xidməti polkovniki, tibb elmləri doktoru Famil Babayev iclası açaraq, müzakirə olunacaq məsələlərin aktuallığı barədə məlumat verib. O, “Hərbi travmalar zamanı cərrahi yardımın təşkili, odlu silah yaralarının

4-03-2015, 13:27

Səhiyyə naziri Cəlilabadda vətəndaşları qəbul etdi

Ölkə başçısının tapşırığına əsasən dövlət qurumlarının və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, fevralın 20-də səhiyyə naziri Oqtay Şirəliyevin Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında səyyar qəbul günü keçirilib. Qəbulda Cəlilabad rayonu ilə yanaşı, Biləsuvar, Salyan, Yardımlı və Masallı rayonlarından olan 50 nəfərin müraciəti nazir tərəfindən dinlənilib. Müraciətlərin əksəriyyəti xarici ölkələrdə, xüsusilə İran İslam Respublikasında

4-03-2015, 13:24




Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova