Beynəlxalq Oftalmologiya günü
Gözlər insanın normal yaşayışı və fəaliyyəti üçün, xarici aləmi, ətrafda baş verən hadisələri düzgün qavraması üçün çox önəmli olan duyğu orqanıdır. Görmənin itirilməsi və hətta zəifləməsi insanın həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Məhz bu amil göz sağlamlığını qorumaqla məşğul olan oftalmoloq peşəsinin dəyərini daha da artırır. Avqustun 8-i – böyük sovet oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü dünyanın bir çox ölkələrində Beynəlxalq Oftalmologiya günü kimi qeyd olunur.31-08-2017, 11:31




