Gəncədə "Sağlamlıq həftəsi" kampaniyası

Gəncədə "Sağlamlıq həftəsi" kampaniyası

Gəncənin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Səhiyyə Nazirliyinin qəbul etdiyi Tədbirlər planına uyğun olaraq, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) mayın 17-20-də bu şəhərdə "Sağlamlıq həftəsi" adlı kampaniya keçirib. Aksiya çərçivəsində 4 gün ərzində Gəncənin təhsil və tibb ocaqlarında, Gənclər Mərkəzlərində səhiyyənin aktual problemlərinə həsr olunan maarifləndirmə tədbirləri təşkil edilib.
İSİM-in mütəxəssisləri Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə Dövlət Universitetində, Azərbaycan Texnologiya Universitetində, Gəncə Tibb Kollecində gənclərlə görüşüb, zərərli vərdişlərin profilaktikası, sağlam həyat tərzinin təbliği, piylənmə, tütün çəkmə, narkomaniya, fiziki aktivlik, məişət zorakılığı və digər aktual mövzularda mühazirələr oxuyub, müzakirələr aparıblar. Məişət zorakılığının qarşısının alınmasına yönəlmış, onun mənfi tibbi-psixoloji nəticələrini izah edən maarifləndirici təqdimatlar olunub.
Bundan başqa, İSİM-in əməkdaşları Gəncə şəhərinin 2 nömrəli Şəhər Poliklinikasında, 1, 2 və 3 saylı Uşaq Poliklinikalarında tibb müəssisələrinin həkim-mütəxəssislərinə məişət zorakılığına məruz qalmış şəxslərə yardım üzrə xüsusiləşdirilmiş təlimlər keçiblər.
"Sağlamlıq həftəsi"nin son günü Gəncə Qan Bankında qanvermə aksiyası təşkil olunub.
Tədbirlərin gedişində hər bir mövzuya aid videoçarxlar nümayiş edilib, maarifləndirmə materialları paylanılıb.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova