“Narkotiklərə YOX deyək”

Ölkəmizdə bu şüar altında kütləvi ictimai kampaniya keçirilir
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin (RNM) “Narkotiklərə YOX deyək” şüarı altında Azərbaycanın müxtəlif bölgələrində keçirdiyi kütləvi ictimai kampaniya davam edir.
Gəncə, Mingəcevir və Lənkəran şəhərlərində keçirilən tədbirlərdə RNM-in şöbə müdiri “Narkomaniya millətin bəlası kimi: Müalicə və profilaktika” mövzusunda prezentasiya ilə çıxış edib. Şəhər Narkoloji Dispanserlərinin nümayəndələri bu şəhərlərdə narkoloji vəziyyət, narkotik vasitələrdən asılı olan şəxslərin müəyyən edilməsi və onlara tətbiq edilən müalicə-reabilitasiya tədbirlər barədə məlumat veriblər.
Daha sonra şagirdlər, gənclər və mütəxəssislər arasında narkomaniya ilə əlaqədar debatlar təşkil olunub.
Aksiya digər bölgələrdə də davam edəcək.
Xəbəri paylaş