Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ölkəmizin səhiyyə ictimaiyyətinin nümayəndələri ulu öndərin xatirəsini yad ediblər. Bununla əlaqədar Bakıda və müxtəlif bölgələrdə fəaliyyət göstərən xəstəxanalarda, bir sıra digər tibb təhsili və səhiyyə müəssisələrində tədbirlər keçirilib.
Belə tədbirlərdən biri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) olub. Toplantıda İSİM-in direktoru Ceyhun Məmmədov müasir Azərbaycanın banisi Heydər Əliyevin öz xalqına, millətinə təmənnasız xidmətləri ilə yaddaşlara əbədi həkk olunduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət qurulması, suveren Azərbaycanın Konstitusiyasının qəbul edilməsi, yeni iqtisadi kursun müəyyənləşdirilməsi və s. məhz ulu öndərin müstəsna xidmətləridir.
Çıxış edənlər ümummilli liderin həyat və fəaliyyət yollarına nəzər salıb, onun Vətənə, xalqa xidmətin misilsiz nümunəsi olduğunu vurğulayıblar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə respublika üzrə iməcilik və ağacəkmə kampaniyaları keçirilib, Bakının park, bağ və xiyabanlarında abadlıq işləri aparılıb. O cümlədən Azərbaycan Tibb Universitetinin (ATU) şəhərciyində də universitet rəhbərliyi və tələbələrin birgə səyləri ilə ağacların dibi bellənib, 50-yə yaxın gül kolu əkilib.
Eyni münasibətlə ATU-da keçirilən tədbirdə universitetin rektoru, professor Gəray Gəraybəyli ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında əvəzsiz tarixi xidmətlərindən, ölkə səhiyyəsinin inkişafı istiqamətində gördüyü işlərdən söz açıb, bildirib ki, məhz ümummilli liderin rəhbərliyi dövründə bir çox tibb müəssisələri əsaslı təmir edilib, yeni səhiyyə ocaqları tikilib, onlar o dövrün müasir tibb avadanlıqları və aparatlarla təmin olunub, ATU üçün zəngin maddi-texniki baza yaradılıb.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, akademik Böyükkişi Ağayev, ATU-nun kafedra müdirləri Qoşqar Əliyev və Məhbubə Vəliyeva, Müalicə-profilaktika fakültəsinin tələbəsi Nailə Şirəliyeva çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıblar.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) Bakı filialında da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb. Ulu öndərin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş tələbə elmi-praktik konfransının açılışında universitetin rektoru, professor Əziz Əliyev Azərbaycanı geridəqalmış əyalətdən qabaqcıl respublikalardan birinə çevirmək üçün Heydər Əliyevin yorulmaz fəaliyyətindən, 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı onun nümayiş etdirdiyi vətənpərvərlikdən, müstəqillik dövründə milli dövlət quruculuğu istiqamətində gördüyü işlərdən danışıb.
Sonra BMDTU-nun Bakı filialının tələbələri Ayxan İsmayılovun “Stromal gövdə hüceyrə”, Zöhrə Bədəlovanın “Piy toxumasının endokrin funksiyası” mövzularında, tematik videoçarxlarla müşayiət olunan məruzələri dinlənilib.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova