Ailə qurmaq istəyən 130 min nəfər icbari tibbi müayinədən keçib

Ailə qurmaq istəyən 130 min nəfər icbari tibbi müayinədən keçib

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə ötən il edilmiş dəyişikliyə uyğun olaraq, nikaha daxil olmaq istəyən vətəndaşlar 2015-ci il iyunun 1-dən etibarən mütləq qaydada tibbi müayinədən keçirlər. Nazirlər Kabineti tərəfindən bununla bağlı qəbul edilən müvafiq qaydalara əsasən, həmin vaxtdan bu il aprelin 30-dək 130 min nəfər müəyyənləşdirilmiş xəstəlik siyahısı üzrə müayinə olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə, nikaha daxil olmaq istəyən və müayinədən keçən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkarlanıb. Bununla belə, onların bir qismində müxtəlif xəstəliklər aşkar edilib. Belə ki, müayinədən keçənlərin 6921 nəfərində talassemiya daşıyıcılığı, 415 nəfərdə sifilis, 75 nəfərdə isə İİV infeksiyası müəyyən olunub.
Tibbi müayinə və məsləhətlər ailə qurmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova