İcbari tibbi sığortanın tətbiqi üzrə jurnalistlər üçün təlim təşkil olunub

İcbari tibbi sığortanın tətbiqi üzrə jurnalistlər üçün təlim təşkil olunub

Səhiyyə sistemi, səhiyyənin maliyyələşməsi və icbari tibbi sığorta haqqında media nümayəndələrini daha geniş informasiya ilə təmin etmək məqsədilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “İcbari tibbi sığortanın tətbiqi üzrə jurnalistlərin biliklərinin artırılması” mövzusunda təlim təşkil edib. Agentliyin gələcək fəaliyyətində mətbuatla sıx əməkdaşlığa nail olmaq məqsədi da daşıyan təlim zamanı jurnalistlər Azərbaycanın mövcud səhiyyə sistemi (tibbi xidmətin təşkili, strukturu və s.), bizdə və digər ölkələrdə tətbiq edilən müxtəlif maliyyələşmə mexanizmləri, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi imkanları barədə məlumatlar əldə ediblər.
Tədbirdə çıxış edən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ilkin model layihə yaxın günlərdə ölkə rəhbərliyinə təqdim olunacaq. Aidiyyəti üzrə qurumlarla müzakirələr aparılıb və işlər yekunlaşmaq üzrədir. Model ilk növbədə vətəndaşların maraqlarına xidmət etməlidir. Diqqətə çatdırılıb ki, gələn ilin əvvəlindən icbari tibbi sığorta üzrə pilot layihənin həyata keçirilməsi planlaşdırılır.
Agentliyinin Monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev isə bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı çətinliklərdən biri də qeyri-rəsmi işlərlə məşğul olan əhalinin sığortalanmasıdır. Bu problem tək Azərbaycanda deyil, bütün inkişaf edən ölkələrdə var. Belə şəxslər çox zaman sığorta sisteminə yaşlandıqda, yaxud səhhətləri ilə bağlı müəyyən risk yarandıqda qoşulurlar. Bir sıra ölkələr buna qarşı tədbirlər görür.
“İcbari tibbi sığorta Azərbaycan vətəndaşları və ölkədə müvəqqəti qeydiyyatda olan əcnəbiləri əhatə edəcək. Xidmət paketinin müddəti hər il yenilənmək şərti ilə 1 il müəyyən olunub”. Bunu isə Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib. O qeyd edib ki, icbari tibbi sığorta xidmətlərinin keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyi və Agentlik tərəfindən həyata keçiriləcək.
Agentliyin Hüquq şöbəsinin müdiri Aysel İbayeva isə bildirib ki, Agentliyin gələcəkdə tibb müəssisələrinin akkreditasiya məsələsində iştirak etmək hüququ olacaq: “Biz bununla Səhiyyə Nazirliyinin işinə qarışmayacağıq, sadəcə, özümüzə aid məsələləri həll edəcəyik". O da qeyd edilib ki, icbari tibbi sığorta ilə bağlı tibb müəssisələrinin akkreditasiya prosesinə nəzarət hələlik heç bir quruma həvalə olunmayıb.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova