Paytaxt sakinləri yeni elektron xidmət vasitəsilə həkim qəbuluna yazıla biləcəklər

Paytaxt sakinləri yeni elektron xidmət vasitəsilə həkim qəbuluna yazıla biləcəklər

Azərbaycanda “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” elektron xidməti istifadəyə verilib.
18 yaşına çatmamış uşaqların valideynləri yeni elektron xidmət vasitəsilə övladının qeydiyyatda olduğu poliklinikaya getmədən “Elektron səhiyyə” internet portalından həkim qəbuluna yazılmaq və ya evə çağırış üçün müraciət edə bilərlər. Bunun üçün valideynlər e-sehiyye.gov.az saytının “Elektron xidmətlər” bölməsinə daxil olub “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” xidmətindən istifadə edə bilərlər.
Hazırda bu elektron xidmətə Yasamal rayonunda yerləşən 5, 10, 13 saylı Uşaq Poliklinikalarında və 39 saylı Şəhər Poliklinikasında qeydiyyatda olan şəxslər müraciət edə bilərlər.
Elektron xidmətin Bakı şəhəri üzrə tam istifadəyə verilməsi iyunun 1-dən nəzərdə tutulub.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova