Ölkəmizdə koxlear implantasiya əməliyyatları uğurla icra olunur
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, bu gün dünyada 360 milyona yaxın insan karlıqdan və ya eşitmə qabiliyyətinin zəifliyindən əziyyət çəkir. Onlardan 165 milyonu 65 yaşdan yuxarı şəxslər, 32 milyonu eşitmə maneəli 15 yaşınadək uşaqlardır. ÜST-nin hesabatında bildirilir ki, eşitmənin itirilməsinin əsas səbəbləri genetik faktor (qohum nikahlar), ana bətnində infeksiyalar, müxtəlif səpkili qulaq iltihabları, meninqit, məxmərək və s. xəstəliklər, travmalar ola bilər.31-07-2016, 14:22





