Ölkəmizdə koxlear implantasiya əməliyyatları uğurla icra olunur

Ölkəmizdə koxlear implantasiya əməliyyatları uğurla icra olunur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, bu gün dünyada 360 milyona yaxın insan karlıqdan və ya eşitmə qabiliyyətinin zəifliyindən əziyyət çəkir. Onlardan 165 milyonu 65 yaşdan yuxarı şəxslər, 32 milyonu eşitmə maneəli 15 yaşınadək uşaqlardır.
ÜST-nin hesabatında bildirilir ki, eşitmənin itirilməsinin əsas səbəbləri genetik faktor (qohum nikahlar), ana bətnində infeksiyalar, müxtəlif səpkili qulaq iltihabları, meninqit, məxmərək və s. xəstəliklər, travmalar ola bilər.
Ölkəmizdə də eşitmə qüsurlu uşaqlar mövcuddur və bu məsələ daim dövlətin diqqət və nəzarətindədir. Belə ki, ötən il sentyabrın 9-da səhiyyə naziri O.Şirəliyev Azərbaycanda koxlear implantasiya əməliyyatlarının icrasına dair əmr imzalayıb. Sənəddə bu əməliyyata ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, onların seçilməsi, müayinə və müalicəsi üzrə Komissiyanın təşkili məsələləri yer alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, adı çəkilən komissiya bu günə kimi 250-dən çox lal-kar uşağı qeydiyyata alıb. Müraciət edən uşaqlara Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Qulaq, burun, boğaz xəstəlikləri şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Y.Hacıyevin rəhbərliyi altında dövlət hesabına eşitmə testləri və digər müayinələr aparılır.
Müayinə və məsləhətləşmələrdən sonra 120 uşaq koxlear implantasiya əməliyyatının icrası uçun seçilib.
Bu günə kimi 18 uşaqda Səhiyyə Nazirliyinin dəstəyi ilə dövlət hesabına koxlear implantasiya əməliyyatı aparılıb və onlar uğurla başa çatıb. Maliyyə baxımından çox baha başa gələn bu əməliyyatların ödənişsiz olaraq icra edilməsi dövlətimizin əhalinin sağlamlığına verdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir.
Hazırda koxlear implantasiya əməliyyatı üçün qeydiyyata alınmış şəxslərin siyahısında 100-dən çox uşaq var. Səhiyyə Nazirliyinin dəstəyi ilə bu əməliyyatların icrası davam edir.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova