Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə bu günədək 40 minə yaxın müraciət olub
Yarandığı vaxtdan indiyədək Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə təxminən 40 min müraciət edilib ki, bunların da əksəriyyəti sorğu xarakterli – əhalinin yaşadığı ərazi üzrə tibbi qeydiyyata alınması, hansı tibb müəssisələrinin necə fəaliyyət göstərməsi, imtiyazlı insanlar üçün dərman preparatlarının siyahısı və digər bu kimi məsələlərlə bağlı olub. Bu barədə Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin əlaqələndiricisi Nailə Daşdəmirova jurnalistlərə müsahibəsində məlumat verib. O30-06-2017, 11:38




