“ASAN xidmət” mərkəzlərində ictimai səhiyyə sahəsində təbliğat işi aparılır

“ASAN xidmət” mərkəzlərində ictimai səhiyyə sahəsində təbliğat işi aparılır

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) hazırladığı sosial videoçarxlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərində nümayiş etdirilməyə başlayıb.
Sağlamlığın qorunması, insanların zərərli vərdişlərdən uzaqlaşdırılması və onlara aktiv həyat tərzinin aşılanması kimi ictimai səhiyyə məqsədli, maarifləndirmə və sosial təbliğat xarakterli videoçarxlar tütünçəkmənin zərərləri, düzgün qidalanma, məişət zorakılığı, uşaqların icbari dispanserizasiyası, fiziki aktivlik və sağlam həyat tərzi, qan donorluğunun vacibliyi və digər mövzulara həsr olunub.
Qeyd edək ki, bu istiqamətlərdə maarifləndirmə işi “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı” üzrə Fəaliyyət Planının 4.2-ci bəndinə müvafiq olaraq aparılır. Bu bəndə əsasən, əhali arasında qeyri-infeksion xəstəliklərin risk amillərinə (tütünçəkmə, qeyri-sağlam qidalanma, az fiziki fəallıq, spirtli içkilərdən sui-istifadə və s.) qarşı sübutlu və səmərəli maarifləndirmə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Müntəzəm təbliğat aksiyalarında müasir innovativ vasitələrdən geniş istifadə edən İSİM-in videoçarxları nümayiş etdirmək üçün “ASAN xidmət" mərkəzlərini seçməsi təsadüfi deyil. Belə ki, gün ərzində ən çox müraciət olunan bu mərkəzlər ictimai səhiyyə sahəsində təbliğat işi aparmaq üçün əlverişli məkandır və burada yayımlanan maarifləndirici videomateriallar əhalinin diqqətini cəlb edəcək.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova