Aşura günündə 1863,3 litr qan tədarük olunub

Səhiyyə Nazirliyi Azərbaycanda irsi qan xəstələrinin və qana ehtiyacı olan digər pasiyentlərin müalicəsində istifadə edilmək üçün qan tədarükünü davam etdirir. Aşura günü qanvermə aksiyaları daha geniş vüsət alıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin gün Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən qanvermə aksiyalarında ölkə üzrə 4141 nəfər könüllü olaraq qan verib. Ümumilikdə, 1863,3 litr qan tədarük edilib. Aksiyalar

31-10-2016, 12:13

Kliniki Tibbi Mərkəz 9 ayın hesabatını verdi

Bu ilin yanvar-sentyabr ayları ərzində Kliniki Tibbi Mərkəzdə (KTM) 18 686 xəstə stasionar müalicə alıb. Bu barədə səhiyyə ocağının 9 aylıq fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə məlumat verilib. Mərkəzin rəhbəri professor Ədalət Dadaşov bildirib ki, hesabat dövründə KTM-in 19 minə yaxın pasiyentinin 5 650 nəfəri cərrahiyyə şöbələrinə daxil olub, 3580 xəstədə cərrahiyyə əməliyyatı aparılıb: “Bu müddətdə Mərkəzin terapevtik şöbələrində 9 829 xəstə stasionar müalicə alıb. Xəstəxanaya

31-10-2016, 12:12

İcbari tibbi sığorta ilə bağlı səyyar kurslar təşkil olunub

Səhiyyə Nazirliyinin göstərişi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) Yevlax rayonunda və Mingəçevir şəhərində icbari tibbi sığortanın tətbiqi ilə bağlı yerli mütəxəssislər üçün üçhəftəlik səyyar kurslar təşkil edib. ADHTİ-nin Ailə təbabəti kafedrasının keçirdiyi təlimlərə digər kafedralardan da əməkdaşlar cəlb olunub. Proqrama uyğun olaraq onlar icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər olaraq seçilən bölgələrdə mühazirələr oxuyur,

31-10-2016, 12:10

Tütündən imtina üzrə pilot kabinet və “qaynar xətt” yaradılır

Noyabrın 1-dən etibarən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi “qaynar xətt” fəaliyyətə başlayacaq. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, burada tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər alacaqlar. Layihə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair

31-10-2016, 12:08

Tibb elmi üzrə strategiya hazırlanacaq

Səhiyyə Nazirliyinin Elmi Şurası ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tibb üzrə Əlaqələndirmə Şurasının birgə toplantısı keçirilib. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında baş tutan toplantıda “Azərbaycan elmi – 2030: yol xəritəsi”, elektron səhiyyə üzrə işçi qrupunun yaradılması, elmi hesabatların forması, elmi tədqiqatların qeydiyyatı ilə bağlı məsələlər müzakirə olunub. Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov məlumat

31-10-2016, 12:02

Ümumdünya Psixi Sağlamlıq günü

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 450 milyondan çox insan psixi xəstəliklərdən əziyyət çəkir. Bu qurumun hesablamalarına görə, fövqəladə hallarda psixi pozuntu göstəriciləri, bir qayda olaraq, 2 dəfə artır. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir. Dünyada və ölkəmizdə psixi sağlamlıqla bağlı vəziyyət haqqında Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində keçirilmiş, 10 oktyabr – Ümumdünya Psixi

31-10-2016, 12:00

Uşaq poliklinikalarında psixi sağlamlıq bölmələri yaradılıb

Psixi sağlamlıq xidmətlərini əhali üçün daha əlçatan etmək məqsədilə Azərbaycanın regionlarında yerləşən uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri təşkil edilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu iş səhiyyə naziri Oqtay Şirəliyevin 17 may 2016-cı il tarixli “Respublikanın regionlarında uşaq psixi sağlamlıq xidmətinin təkmilləşdirilməsi barədə” əmrinə əsasən həyata keçirilir. Artıq Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Quba və Şirvanda

31-10-2016, 11:45

Respublika Perinatal Mərkəzində irsi qan xəstəliklərinə dair konfrans keçirilib

İrsi qan xəstəliklərinin qarşısının alınması, belə xəstələrin müalicəsi ölkəmiz üçün aktual olan səhiyyə məsələlərindəndir. Bu sahədə problemlərin aradan qaldırılması bir sıra hallarda diaqnozun düzgün və vaxtında qoyulmasından asılıdır. Bu məsələlər Respublika Perinatal Mərkəzində (RPM) keçirilən “Azərbaycan Respublikasında irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası” mövzusunda konfransda müzakirə olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,

31-10-2016, 11:36

Nikahdan öncə müayinələrdə 749 nəfərdə sifilis, 133 nəfərdə İİV aşkar olunub

Ölkəmizdə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq edildiyi vaxtdan, yəni 2015-ci il iyunun 1-dən bu ilin sentyabr ayının sonuna qədər tibbi müayinələrdən 197 554 nəfər keçib. Yalnız sentyabr ayı ərzində 10 990 nəfər ailə qurmağa hazırlaşan şəxs müayinə olunub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə, müayinədən keçən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu müəyyən edilib. Bununla belə, indiyədək

31-10-2016, 11:34

ÜST həkimləri qrip əleyhinə peyvənd olunmağa çağırır

Avropa əhalisinin qrip və kəskin respirator infeksiyalarla bağlı məlumatlandırılması üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) builki kampaniyası pasiyentlərlə, o cümlədən hamilə qadınlarla və uşaqlarla daim təmasda olan və onları qripə yoluxmaq riski ilə üz-üzə qoyan həkimlərin fəaliyyətinə yönəlib. Belə ki, ÜST Avropa Regional Bürosu tibb işçilərini qrip əleyhinə peyvənd olunmağa çağırır. Qurumun yaydığı məlumatda deyilir ki, bəzən qrip mövsümündə tibb müəssisələrinin heyətinin yarısı

31-10-2016, 11:29




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova