IV Azərbaycan – Alman – Türk Tibb Konqresində təbabətin aktual problemləri müzakirə edilib
Bakıda cərrahiyyə, onkologiya və qastroenterologiya üzrə IV Azərbaycan – Alman – Türk Konqresi keçirilib. Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konqresin işində Azərbaycan, Almaniya, İsveçrə, Avstriya, Türkiyə, Rusiya, Özbəkistan və Ukraynanın müxtəlif universitet klinikalarında çalışan 30 nəfərə yaxın professor ekspert və referent qismində iştirak edib.30-04-2018, 11:34




