ÜST həkimləri qrip əleyhinə peyvənd olunmağa çağırır

ÜST həkimləri qrip əleyhinə peyvənd olunmağa çağırır

Avropa əhalisinin qrip və kəskin respirator infeksiyalarla bağlı məlumatlandırılması üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) builki kampaniyası pasiyentlərlə, o cümlədən hamilə qadınlarla və uşaqlarla daim təmasda olan və onları qripə yoluxmaq riski ilə üz-üzə qoyan həkimlərin fəaliyyətinə yönəlib.
Belə ki, ÜST Avropa Regional Bürosu tibb işçilərini qrip əleyhinə peyvənd olunmağa çağırır. Qurumun yaydığı məlumatda deyilir ki, bəzən qrip mövsümündə tibb müəssisələrinin heyətinin yarısı infeksiyaya yoluxur. Xəstə tibb işçiləri öz pasiyentlərini də yoluxdura bilərlər, bu isə xüsusilə əhalinin zəif qrupları – balaca uşaqlar və yaşlı insanlar, hamilələrlə ünsiyyətdə daha təhlükəlidir.
ÜST tibb işçilərinə hər payız qrip əleyhinə peyvənd olunmağı tövsiyə edir. Bildirir ki, dünya ölkələrinin əksəriyyətində bu barədə rəsmi tövsiyələr var. Bununla belə, bütün ölkələrin yarısından çoxunda hər il səhiyyə işçilərinin yalnız üçdəbiri qripə qarşı peyvənd alır.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova