Respublika Perinatal Mərkəzində irsi qan xəstəliklərinə dair konfrans keçirilib

Respublika Perinatal Mərkəzində irsi qan xəstəliklərinə dair konfrans keçirilib

İrsi qan xəstəliklərinin qarşısının alınması, belə xəstələrin müalicəsi ölkəmiz üçün aktual olan səhiyyə məsələlərindəndir. Bu sahədə problemlərin aradan qaldırılması bir sıra hallarda diaqnozun düzgün və vaxtında qoyulmasından asılıdır. Bu məsələlər Respublika Perinatal Mərkəzində (RPM) keçirilən “Azərbaycan Respublikasında irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası” mövzusunda konfransda müzakirə olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin hematologiya və neonatologiya üzrə baş mütəxəssislərinin, həmçinin Respublika Diaqnostika Mərkəzinin (RDM) müvafiq ixtisaslı əməkdaşlarının iştirak etdiyi konfransda bir sıra maraqlı mövzularda təqdimatlar keçirilib, o cümlədən “Respublika Perinatal Mərkəzində aşkarlanan genetik xəstəliklər”, “Amniosentez və CVC-nin perinatal diaqnostikada rolu”, “Talassemiya daşıyan hamilələr və doğuşun gedişatı”, “Talassemiyalı uşaqların erkən neonatal dövrdə qiymətləndirilməsi”, “Mama-ginekologiya və neonatologiyada müasir laborator metodlar” mövzularında məruzələr dinlənilib.
Konfransda çıxış edən RDM-in Laboratoriya şöbəsinin müdiri Arif Yusifov mama-ginekologiya və neonatologiyada müasir laborator metodlara nəzər salaraq, ana və uşaq sağlamlığının qorunmasında vacib məqamlara toxunub, qadınların vaxtında müayinələrdən keçməsinin, analiz nəticələrinin dəqiq və xətasız olmasının zəruriliyini vurğulayıb. Bildirib ki, bəzi analiz nəticələrinin təcili – bir neçə saat, bəzən isə dəqiqələr ərzində alınması vacibdir. Bəzən isə xəstələr ev şəraitində laborator analiz verməyə məcbur olurlar. RDM-də məhz belə müasir, avtomatik analizatorlarla təchiz olunmuş, bütün sutka boyu istirahətsiz işləyən laboratoriya fəaliyyət göstərir. ISO15189: 2007 sertifikatını almış laboratoriyada iş beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir. Personalı müasir avadanlıqlarla iş üzrə təlim və attestasiyadan keçmiş laboratoriyada bütün növ laborator analizlər aparılır. Ənənəvi laborator üsullardan fərqli olaraq, “Femoflor” test müayinə üsulu ilə qadınlar həkimə bir dəfə müraciət etməklə, 22 qrupdan artıq mikroorqanizm barədə dolğun məlumat əldə edə bilərlər. Analizin nəticələrini elektron ünvan vasitəsilə, yaxud da rəsmi internet saytına daxil olub qeydiyyatdan keçməklə əldə etmək mümkündür.
Sonra təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova