Aşura günündə 1863,3 litr qan tədarük olunub

Səhiyyə Nazirliyi Azərbaycanda irsi qan xəstələrinin və qana ehtiyacı olan digər pasiyentlərin müalicəsində istifadə edilmək üçün qan tədarükünü davam etdirir.
Aşura günü qanvermə aksiyaları daha geniş vüsət alıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin gün Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən qanvermə aksiyalarında ölkə üzrə 4141 nəfər könüllü olaraq qan verib. Ümumilikdə, 1863,3 litr qan tədarük edilib. Aksiyalar Bakı şəhərində 9, regionlarda isə 6 məsciddə, ümumilikdə, 15 məscid və ziyarətgahda təşkil olunub. Əvvəlki illərdən fərqli olaraq, bu il Quba və Şirvan qan bankı bölmələrində də könüllü aksiyalar təşkil edilib.
Könüllü qanvermə aksiyaları Məhərrəm ayı boyunca davam edir.
Xəbəri paylaş