Ümumdünya Psixi Sağlamlıq günü

Ümumdünya Psixi Sağlamlıq günü

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 450 milyondan çox insan psixi xəstəliklərdən əziyyət çəkir. Bu qurumun hesablamalarına görə, fövqəladə hallarda psixi pozuntu göstəriciləri, bir qayda olaraq, 2 dəfə artır. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir.
Dünyada və ölkəmizdə psixi sağlamlıqla bağlı vəziyyət haqqında Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində keçirilmiş, 10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq gününə həsr olunmuş konfransda söhbət açılıb. Tədbirdə psixi sağlamlıq sahəsinin aparıcı mütəxəssisləri, ÜST-nin ölkəmizdəki ofisinin, Fövqəladə Hallar və Ədliyyə nazirliklərinin nümayəndələri iştirak ediblər.
Konfrans ÜST nümayəndəsinin Psixi Sağlamlıq gününə dair müraciəti ilə başlayıb. Tədbirdə qeyd edilib ki, 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə təsis olunan və BMT tərəfindən beynəlxalq günlər siyahısına daxil edilmiş Ümumdünya Psixi Sağlamlıq günü bu il “İlkin psixoloji yardım” mövzusuna həsr olunub. Bu günün qeyd edilməsində məqsəd psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir. Həmin gün psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində qlobal səviyyədə daha çox açıq müzakirələrə imkan yaradır. Eləcə də psixoloji xəstəliklər, psixi pozuntuların profilaktikası və müalicə xidmətlərinə sərmayə yatırılmasını stimullaşdırmaq üçün müəyyən tədbirlər görülür.
Konfrans iştirakçıları ölkəmizdə ilkin və ixtisaslı psixoloji yardımla bağlı görülən tədbirlərdən danışıblar. Bildirilib ki, psixi pozuntudan əziyyət çəkən vətəndaşların hüquq və azadlıqlarının qorunması bu gün Azərbaycanda da prioritetdir. Hazırda ölkəmizdə psixiatrik yardım 2001-ci ildə qəbul olunmuş “Psixiatrik yardım haqqında” Qanunla tənzimlənir. İctimai səhiyyənin vacib vəzifələrindən biri olan psixi sağlamlığın qorunması istiqamətində ölkəmizdə davamlı olaraq müxtəlif tədbirlər keçirilir. Vurğulanıb ki, 2016-cı ildən etibarən Səhiyyə Nazirliyi tərəfindən iri tibb müəssisələrində psixoloq ştatları yaradılıb.
Maraqlı diskussiya və çıxışlarla yadda qalan tədbirdə Rüstəm Salayevin ÜST və Lissabon Universitetinin psixi sağlamlıq siyasəti və xidməti üzrə birgə proqramı haqqında, Fuad İsmayılovun ilkin psixoloji yardımın RAPİD modeli barədə, Aygün Sultanovanın Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Psixoloji müayinəyə dair metodik tövsiyələr haqqında məruzələri dinlənilib.
Sonda konfrans iştirakçıları psixi sağlamlıq sahəsində ilkin psixoloji yardımın perspektivlərini müzakirə ediblər.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova