Bakının təcili yardım xidmətinə gündə 2 min çağırış daxil olur

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 24 saat ərzində fasiləsiz olaraq paytaxtın bütün xəstə və zərərçəkən əhalisinə hadisə yerində və müalicə ocaqlarına çatdırılanadək tibbi yardım göstərir. Gündəlik olaraq 103 xidmətinə 2 minə yaxın çağırış daxil olur. Bayram və istirahət günlərində isə müraciətlərin sayı daha da artır. Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında keçirilmiş, ötən il ərzində stansiyanın fəaliyyətinə həsr olunmuş tədbirdə

31-01-2017, 12:00

Yoluxucu xəstəliklərin profilaktikası üzrə planlı iş aparılır

Son illər yoluxucu xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı və səmərəli tədbirlər sayəsində davamlı epidemioloji sabitlik təmin edilir. Hazırda Azərbaycanda bütün uşaqları əhatə edən planlı peyvənd həyata keçirilir, Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, 11 yoluxucu xəstəliyə (qızılca, poliomielit, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus, hepatit B, pnevmokok, B tipli hemofil infeksiya, vərəm) qarşı

31-01-2017, 11:58

Milli Məclisin Səhiyyə komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi

Milli Məclisin Səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib. Əvvəlcə komitənin sədri Əhliman Əmiraslanov 2016-cı il payız sessiyası dövründə görülən işlər və 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri barədə məlumat verib. Komitə sədri hesabat dövründə 3 iclasın keçirildiyini, 8 məsələnin müzakirə edildiyini, bunlardan 7-sinin qanun layihəsi olduğunu bildirib. Qeyd edib ki, həmin dövrdə komitəyə 174 ərizə və şikayət daxil olub, komitə adından müxtəlif

31-01-2017, 11:46

Əziz Əliyevin 120 illik yubileyi qeyd edildi

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, Əməkdar Həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Tədbir iştirakçıları öncə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin,

31-01-2017, 11:27

Ötən il ölkədə intihar hallarının sayı azalıb

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində əhalinin psixi sağlamlığı, intihar və böhranlı vəziyyətlərin aradan qaldırılması mövzusunda mətbuat konfransı keçirilib. Tədbirdə Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsinin əməkdaşları mətbuat nümayəndələrinə intihar və onun səbəbləri haqqında ətraflı məlumat verib, böhran vəziyyətləri mövzusunda təqdimat keçirib, bu hallarda aparılan müdaxilə üsullarını geniş şərh ediblər. Mərkəzin Psixoloji yardım şöbəsinin müdiri, psixiatr

31-01-2017, 10:49

Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günləri təşkil edilir. Tərtib olunmuş qəbul cədvəlinə müvafiq surətdə, səhiyyə naziri Oqtay Şirəliyev İmişli Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlarla görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı nazir İmişli, Saatlı, Sabirabad, Beyləqan rayonlarından olan 57 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s.

31-01-2017, 10:24

Nikahdan öncə müayinələrdə 9892 talassemiya daşıyıcısı aşkarlanıb

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu vaxtdan bu il noyabr ayının sonuna qədər müayinədən 219 256 nəfər keçib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumaqda bildirilib. Qeyd olunur ki, 2015-ci il iyunun 1-dən bu il noyabrın 30-dək müayinələrdən keçmiş şəxslərin əksəriyyəti yoxlanılan xəstəliklər baxımından sağlam olub. Bununla belə, onlardan bəzilərində müxtəlif xarakterli infeksiyalar və qan xəstəlikləri aşkarlanıb. Belə ki,

30-12-2016, 12:09

Tibbi Reabilitasiya Xəstəxanasında hər bir uşağa fərdi yanaşılır

Statistik məlumata əsasən, 2012-ci il mayın 29-dan indiyə qədər Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasına (TRX) 2990 xəstə qəbul olunub. Onların 1656-sı uşaqlar, 1334-ü isə analardır. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu barədə Mərdəkan qəsəbəsində yerləşən Tibbi Reabilitasiya Xəstəxanasında keçirilmiş tədbirdə söhbət açılıb. Toplantıda xəstəxananın baş həkimi Cəvahir Mütəllimova çıxış edərək bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı

30-12-2016, 12:07

Travmatologiya və Ortopediya İnstitutu illik hesabatını təqdim etdi

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) cari ilin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru, Səhiyyə Nazirliyinin travmatologiya üzrə baş mütəxəssisi, professor Vaqif Verdiyev Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılmasından, əhaliyə təqdim edilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün səhiyyənin

30-12-2016, 11:54

Respublika Psixiatriya Xəstəxanasının 80 illik yubileyi

Azərbaycanın psixiatrik yardım üzrə qocaman tibb müəssisəsi olan 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tibb ictimaiyyəti və Suraxanı rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirak etdiyi toplantıda xəstəxananın zəngin tarixi haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycanda ilk dəfə 1925-ci ildə Mərdəkanda 150 nəfərlik psixiatrik koloniya təşkil olunub. Daha sonra 1933-cü ildə Qala və Maştağa qəsəbələrində Aşurbəyov və

30-12-2016, 11:51




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova