Tibbi Reabilitasiya Xəstəxanasında hər bir uşağa fərdi yanaşılır

Tibbi Reabilitasiya Xəstəxanasında hər bir uşağa fərdi yanaşılır

Statistik məlumata əsasən, 2012-ci il mayın 29-dan indiyə qədər Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasına (TRX) 2990 xəstə qəbul olunub. Onların 1656-sı uşaqlar, 1334-ü isə analardır.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu barədə Mərdəkan qəsəbəsində yerləşən Tibbi Reabilitasiya Xəstəxanasında keçirilmiş tədbirdə söhbət açılıb.
Toplantıda xəstəxananın baş həkimi Cəvahir Mütəllimova çıxış edərək bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmirdən sonra 2011-ci ildə istifadəyə verilmiş Tibbi Reabilitasiya Xəstəxanası nevroloji, kardioloji, endokrinoloji, dayaq-hərəkət problemli xəstələrin müalicəsini və bərpasını həyata keçirən geniş profilli müalicə-profilaktika müəssisəsidir. Uşaqlar xəstəxanaya anaları ilə birgə yerləşdirilir və hər ikisinə yüksək səviyyədə xidmət göstərilir. O qeyd edib ki, tibb müəssisəsində müalicə alan 1900 nəfərdən 1375-i nevroloji, 229-u terapevtik, 154-ü dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən, 83-ü kardioloji, 40-ı endokrinoloji xəstələr olub. Nevroloji statuslu uşaqlardan 996-sı uşaq serebral iflici diaqnozu ilə daxil olub.
40 çarpayılıq, stasionar və fizioterapiya kimi 2 şöbədən ibarət TRX müasir avadanlıqla təmin olunub. Burada laboratoriya, EKQ, EXO, USM kabinetləri, müalicə bədən tərbiyəsi və kineziterapiya zalı, manipulyasiya otağı, oyun zalı, psixoloq və həkim otaqları mövcuddur. Yay aylarında isə burada hovuz fəaliyyət göstərir.
Baş həkim vurğulayıb ki, xəstəxanada hər bir xəstə üçün individual müalicə-reabilitasiya proqramı yazılır və hər uşağa fərdi yanaşılır. Valideynlərlə ayrı-ayrılıqda söhbət aparılır, ev şəraitində xəstə uşağa qulluq və psixoloji təsirlə bağlı tövsiyələr verilir. Xəstəxanaya daxil olan xəstələrin 80 faizi nevroloji statusludur. Burada uşaq serebral iflici, miopatiya, yastıpəncəlik, əyripəncəlik, skolioz, raxit, revmatoid artrit və s. diaqnozlarla qəbul olunan xəstələr müalicə alırlar.
Avropa standartlarına uyğun avadanlıqlarla təchiz olunmuş Fizioterapiya şöbəsində fizioprosedurlar modern aparatlar vasitəsilə həyata keçirilir. Burada elektroterapiya, maqnitoterapiya, ultrasəsterapiya, darsonval lazerterapiya, pressoterapiya, zərbədalğalı terapiya, hidrokolonoterapiya kimi müalicə növlərindən istifadə olunur.
Şöbədə çoxfunksiyalı SPA kapsula və balneoloji vanna, sualtı massaj vannası, uşaqların çox sevdiyi yapon aparatı – İQŞ kabinası kimi cihazlar vasitəsilə müalicə digər terapiya növləri ilə birləşdirilmiş rejimdə tətbiq olunur.
Burada həmçinin qədim Cin metodikalardan istifadə etməklə gözəl nəticələr əldə edilir. Bunlardan kpaniosakral refleksoterapiya, aurikuloterapiya, farmakopunktura və pnevmopunktura vakuum refleksoterapiya, lazer refleksoterapiyanı göstərmək olar.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova