Nikahdan öncə müayinələrdə 9892 talassemiya daşıyıcısı aşkarlanıb

Nikahdan öncə müayinələrdə 9892 talassemiya daşıyıcısı aşkarlanıb

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu vaxtdan bu il noyabr ayının sonuna qədər müayinədən 219 256 nəfər keçib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumaqda bildirilib. Qeyd olunur ki, 2015-ci il iyunun 1-dən bu il noyabrın 30-dək müayinələrdən keçmiş şəxslərin əksəriyyəti yoxlanılan xəstəliklər baxımından sağlam olub. Bununla belə, onlardan bəzilərində müxtəlif xarakterli infeksiyalar və qan xəstəlikləri aşkarlanıb. Belə ki, müayinələr nəticəsində 9892 nəfərin talassemiya daşıyıcısı olduğu müəyyən edilib, 828 nəfərdə sifilis, 147 nəfərdə isə İİV infeksiyası aşkar olunub.
Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinə və məsləhətlərin verilməsi pulsuzdur.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova