Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günləri təşkil edilir.
Tərtib olunmuş qəbul cədvəlinə müvafiq surətdə, səhiyyə naziri Oqtay Şirəliyev İmişli Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlarla görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı nazir İmişli, Saatlı, Sabirabad, Beyləqan rayonlarından olan 57 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb, digərlərinin həlli üçün müvafiq qurumlara lazımi göstərişlər verilib.
Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Xəbəri paylaş