RDM həkimlərinin növbəti uğurlu əməliyyatı
Respublika Diaqnostika Mərkəzinin (RDM) həkimlərinin daha bir uğurlu əməliyyatı sayəsində 47 yaşlı qadın xəstə sağlam həyata qayıdıb. Dörd il bundan əvvəl üz cizgilərində kobudlaşma, dildə böyüməyə görə nitqin pozulması, əl və ayaqda böyümə müşahidə edilən xəstəyə akromeqaliya (böyümə hormonunun həddən artıq ifraz olunması) diaqnozu qoyulub. Xəstənin beyin maqnit-rezonans tomoqrafiyasında hipofiz vəzinin adenoması olduğu görünüb. RDM-in uzman həkim-neyrocərrahı Azər Əkbərov xəstənin klinikaya31-08-2016, 11:47




