Qubada regional perinatoloji konfrans keçirildi

Respublika Perinatal Mərkəzi Qubada bu sahədə ilk regional konfrans təşkil edib.
Mamalığın, perinatologiya və neonatologiyanın aktual məsələlərinə həsr olunmuş konfransda Şimal bölgəsi üzrə müvafiq tibb müəssisələrinin – Quba Rayon Perinatal Mərkəzinin, Şabran, Xaçmaz, Siyəzən və Xudat rayon xəstəxanalarının doğum şöbələrindən 21 həkim ginekoloq, 30 həkim neonatoloq və neonatal tibb bacıları iştirak ediblər.
İki bölmədə keçirilmiş konfransda antenatal və doğuşayardım tibb xidmətinin yaxşılaşdırılması ilə bağlı məruzələr dinlənilib və müzakirələr aparılıb.
Xəbəri paylaş