Səhiyyə Nazirliyi könüllü qanvermə aksiyalarının təşkilini davam etdirir

Səhiyyə Nazirliyi könüllü qanvermə aksiyalarının təşkilini davam etdirir

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu ilin ilk 6 ayı ərzində B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri tərəfindən 210 qanvermə aksiyası keçirilib.
Aksiyalar Bakı ilə yanaşı, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Şirvan, Quba, Mingəçevir, Sumqayıt və Şəki bölmələrində də təşkil olunub.
Paytaxt və regionlarda keçirilən aksiyalarda ümumilikdə 31 148 nəfər donor iştirak edib. Nəticədə, 14 608 litr qan tədarük olunub.
Həyata keçirilən aksiyalarda hər bir donorun sağlamlığı öncədən müəyyən edilir.
Tədarük olunan qan və qan komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova