RDM həkimlərinin növbəti uğurlu əməliyyatı

RDM həkimlərinin növbəti uğurlu əməliyyatı

Respublika Diaqnostika Mərkəzinin (RDM) həkimlərinin daha bir uğurlu əməliyyatı sayəsində 47 yaşlı qadın xəstə sağlam həyata qayıdıb.
Dörd il bundan əvvəl üz cizgilərində kobudlaşma, dildə böyüməyə görə nitqin pozulması, əl və ayaqda böyümə müşahidə edilən xəstəyə akromeqaliya (böyümə hormonunun həddən artıq ifraz olunması) diaqnozu qoyulub. Xəstənin beyin maqnit-rezonans tomoqrafiyasında hipofiz vəzinin adenoması olduğu görünüb.
RDM-in uzman həkim-neyrocərrahı Azər Əkbərov xəstənin klinikaya müraciət edərkən vəziyyətindən söhbət açıb: “Xəstə 2 il endokrinoloq tərəfindən konservativ müalicə olunub. Qeyd edək ki, əməliyyat oluna bilən xəstələrdə cərrahi müalicə hər zaman ön plandadır və əsas müalicə kimi dərman müalicəsinə başlanması məqsədəuyğun deyil. Çünki dərmanlar adenomanı yox edə bilmir, sadəcə, müvəqqəti olaraq, qanda böyümə hormonunun miqdarını azalda bilir. İki il dərman müalicəsi alan xəstədə heç bir yaxşılaşma olmayıb və xəstəlik sürətlə inkişaf edib. Böyümənin nəticəsində xəstə artıq əl barmaqlarını yumruq şəklində sıxa bilmirdi. Həmçinin adenoma böyüyüb makroadenoma olmuşdu. Xüsusi vurğulamaq istəyirəm ki, bu zaman daxili orqanlar da böyüdüyü üçün ciddi xəstəliklər meydana çıxa bilər”.
RDM-ə müraciət edən xəstə endoskopik transsfenoidal yol ilə, yəni kəsiksiz, burun içindən uğurlu əməliyyat olunub və yuxu damarına təmas edən adenoma 3 saatdan sonra tam xaric edilib. İki gün sonra isə böyümə hormonu normaya düşüb. Cəmi 5 gün sonra xəstə tam sağlam vəziyyətdə klinikanı tərk edib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova