Milli Oftalmologiya Mərkəzi səyyar aksiya keçirib
![Milli Oftalmologiya Mərkəzi səyyar aksiya keçirib](/uploads/posts/2022-03/1646384104_rpm-4.jpg)
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Respublika Perinatal Mərkəzində oftalmoloji aksiya keçirib.
Tibbi aksiya çərçivəsində mərkəzin 120-yə yaxın əməkdaşı oftalmoloji müayinə olunub. Müayinə edilənlərdə daha çox refraksiya patologiyaları aşkarlanıb.
Daha sonra Respublika Perinatal Mərkəzinin neonatoloqları və oftalmoloqları üçün “Yenidoğulmuşlarda göz patologiyaları, retinopatiyanın erkən diaqnostikası və müalicəsi” mövzusunda seminar keçirilib. Tədbir zamanı müxtəlif mövzularda məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.