Səhiyyə Nazirliyində ÜST-nin nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində ÜST-nin nümayəndə heyəti ilə görüş keçirilib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional ofisinin Peyvəndlə qarşısı alına bilən xəstəliklər bölməsinin proqram meneceri Siddhartha Sankar Datta və həmin bölmənin Analiz və monitorinq üzrə mütəxəssisi Roberta Pastorenin rəhbərlik etdiyi nümayəndə heyəti Səhiyyə Nazirliyində olub.
ÜST təmsilçiləri ilə görüşdə Azərbaycan tərəfdən səhiyyə nazirinin müavini Nadir Zeynalov, Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, İctimai səhiyyə və sanitar-epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova iştirak ediblər.

Toplantıda ölkə üzrə COVID-19 əleyhinə vaksinasiyanın əhatə dairəsini genişləndirmək, bu istiqamətdə səmərəli strategiyaların hazırlanması üçün mövcud statistik və tədqiqat nəticələrindən istifadə imkanları müzakirə edilib. Eyni zamanda, ümumi immunlaşdırma proqramlarının gücləndirilməsi zərurəti də vurğulanıb.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə COVID-19 vaksinasiyası üzrə effektiv strategiyalar, fəaliyyətlər və ÜST-nin dəstək verə biləcəyi sahələrlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesini yüksək qiymətləndirən nümayəndə heyəti üzvləri 2030-cu ilə qədər həyata keçirilməsi nəzərdə tutulan Avropa üzrə İmmunlaşdırma Gündəliyinə istinadən ümumi peyvəndləmə ilə bağlı fəaliyyət planının hazırlanmasına dəstək verməyə hazır olduqlarını bildiriblər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova