Sizin Reklam Burada!

Respublika Əczaçılarının 4-cü Konfransı keçirilib

Beynəlxalq Əczaçılar Günü ərəfəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Respublika Əczaçılarının 4-cü Konfransı keçirilib. “Əczaçılıq Klubu” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Məclis, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Tarif Şurası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Səhiyyə Nazirliyinin

31-10-2023, 16:41

AEM avqustda 32 aptekdə yoxlamalar aparıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır. Mərkəzdən verilən məlumata görə, 2023-cü il avqustun 1-dən avqustun 31-dək 32 aptekdə yoxlamalar həyata keçirilib. Aparılan yoxlamalar nəticəsində 3 əczaçılıq müəssisəsində nöqsanlar aşkarlanaraq protokol tərtib edilib.

30-09-2023, 08:00

İyul ayında 31 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır. Mərkəzdən verilən məlumata görə, 2023-cü il iyul ayı ərzində ümumilikdə 31 aptekdə yoxlamalar həyata keçirilib. Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində 2 protokol tərtib edilib.

31-08-2023, 08:00

İyunda 32 aptekdə yoxlamalar aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır. Mərkəzdən verilən məlumata görə, bu il iyunun 1-dən 30-dək Bakı şəhəri üzrə 27, rayonlar üzrə 5 aptek olmaqla 32 aptekdə yoxlamalar həyata keçirilib. Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrindən 7 adda 40 qutu dərman müsadirə edilib, 2 aptekdə nöqsanlar aşkarlanaraq protokol tərtib edilib.

31-07-2023, 14:44

AEM 50-yə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlayıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən özəl tibb müəssisələrində planlaşdırılmış və plandankənar yoxlamalar keçirilir. AEM-dən verilən məlumata görə, bu ilin birinci rübü ərzində plan üzrə yoxlamalar siyahısında olan 77 özəl tibb müəssisəsindən 49-da planlı yoxlamalar aparılıb. Bunun nəticəsində 38 müəssisədə nöqsanlar aşkarlanıb, 11 müəssisədə isə heç bir nöqsan müəyyən edilməyib. Qalan 28 özəl müəssisədə reyestrdən imtina, ünvan dəyişmə, təmir və ya lisenziyanın

31-05-2023, 10:02

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bioloji fəallığa malik qida əlavələrində zərərli maddə aşkarlayıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin müraciəti ilə daxil olmuş “Lipotrim kaps N36” (seriyası: 555017, yararlılıq müddəti 2023-cü il martın 1-dək) və “Black Panther kaps N36” (seriyası: 0000991720, yararlılıq müddəti 2025-ci il fevralın 1-dək) nümunələrinin ekspertizası aparılıb. Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, təqdim edilən “Lipotrim kaps N36” və “Black Panther kaps N36” adlı nümunələr üzərində

30-04-2023, 13:50

AEM 25 aptekdə yoxlama aparıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır. Mərkəzdən verilən məlumata görə, 2023-cü il martın 1-dən 31-dək Bakı şəhəri üzrə 24, regionlar üzrə 1 aptekdə yoxlamalar həyata keçirilib. Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində 10 protokol tərtib edilib.

30-04-2023, 13:48

Azərbaycanda “Diprospan”ın bəzi seriyaları satışdan çıxarılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 9.1 bəndini rəhbər tutaraq, “Diprospan” ticarət adlı preparatın bəzi seriyalarını satışdan çıxarıb. Belə ki, tərkibi 1 ml suspenziyada 6,43 mq betametazon dipropionat (5 mq betametazona bərabər), 2,63 mq betametazon sodium fosfat (2 mq betametazona bərabər) tərkibli, şüşə ampullarda 1

28-02-2023, 14:10

Yanvar ayında 26 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır. Mərkəzdən verilən məlumata görə, 2023-cü il yanvarın 1-dən yanvarın 31-dək Bakı şəhəri üzrə 24, regionlar üzrə 2 aptekdə yoxlamalar həyata keçirilib. Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində 7 protokol tərtib edilib.

28-02-2023, 14:09

Təhlükəli preparat Azərbaycana idxal edilməyib

Hindistan istehsalı olan, Özbəkistanda 18 uşağın ölümünə səbəb olmuş “Doc-1 Max” siropu Azərbaycanda qeydiyyatdan keçib, lakin ölkəyə idxal edilməyib. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib. AEM-dən bildirildiyinə görə, Özbəkistanda keçirilən laborator tədqiqatların gedişində “Doc-1 Max” preparatının tərkibində toksik maddə olan etilenqlikol aşkarlanıb: “Etilenqlikol və dietilenqlikol əczaçılıqda mikroskopik dozalarda istifadə edilir. Onların əsas

31-01-2023, 13:51


Avqust 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova