Respublika Əczaçılarının 4-cü Konfransı keçirilib

Respublika Əczaçılarının 4-cü Konfransı keçirilib

Beynəlxalq Əczaçılar Günü ərəfəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Respublika Əczaçılarının 4-cü Konfransı keçirilib.
“Əczaçılıq Klubu” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Məclis, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Tarif Şurası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi, əczaçılıq şirkətlərinin nümayəndələrinin iştirakı ilə əczaçılıq sektorunun mövcud vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib.
Konfrans Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Toplantıda çıxış edən səhiyyə nazirinin müavini Rasim İsmayılov səhiyyə sahəsinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu qeyd edib: “Ümumilikdə, son 20 ildə səhiyyə sahəsində bir sıra uğurlu nailiyyətlər əldə olunub. Əhalinin sağlamlığı ilə bağlı müsbət dinamika buna bariz sübutdur”.
Nazir müavini əczaçılıq sahəsində görülən işlər, nəzərdə tutulan tədbirlər, səhiyyənin rəqəmsallaşdırılması, dərman vasitələrinin beynəlxalq qeydiyyatının tanınması, elektron resept sisteminin tətbiqi barədə məlumat verib, bildirib ki, Azərbaycanda dərmanların vahid dövlət reyestri Səhiyyə Nazirliyi tərəfindən tərtib edilir və aparılır. Ölkədə əczaçılıq sahəsində elektron resept sisteminin tətbiqinə toxunan nazir müavini qeyd edib ki, bu kimi innovasiyalar dərman sahəsində müsbət dəyişikliklərə şərait yaradır.
Tədbirdə həmçinin KOBİA, “Əczaçılar Klubu” İB, AQTA, Azərbaycan Tibb Universitetinin, əczaçılıq üzrə yerli distribüter şirkətlərinin nümayəndələri və iş adamları əczaçılıq sahəsində fəaliyyət göstərən müəssisələrin rəqabətədavamlılığının artırılması, onların göstərdiyi xidmətlərin daha keyfiyyətli və müasir standartlara uyğunlaşdırılması, konfransın məqsədi və ondan gözləntilər barədə fikirlərini bölüşüblər.
Bundan sonra Konfrans elektron resept, qiymət siyasəti, yerli dərman istehsalı biznesinin inkişafı istiqamətlərində panel iclaslarla işinə davam edib.
“Elektron resept” panel iclasında çıxış edən Səhiyyə Nazirliyi “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi” Publik Hüquqi Şəxsin baş direktoru Cəbrayıl Əsədzadə qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən hazırlanan və tətbiq edilən vahid elektron resept sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır: “Sistemin əsas əhəmiyyəti vətəndaşların elektron tibbi məlumatlarının əlçatanlığı və qorunması, tibb mütəxəssislərinin müayinə və müalicə zamanı xəstəlik tarixçəsindən istifadə etməklə daha keyfiyyətli xidmət göstərməsi və ölkədə olan dərman dövriyyəsinə nəzarətin gücləndirilməsi kimi əsas dəyərləri özündə birləşdirir”. Bildirilib ki, sistemin bir çox üstünlükləri mövcuddur. Səhiyyə Nazirliyinin tətbiq etdiyi vahid elektron resept sistemi bütün iştirakçılara faydalı olmaqla yanaşı, dövlətin dərman vasitələrinə nəzarəti sahəsində əhəmiyyətli sistemdir. Səhiyyənin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyədə rəqəmsallaşdırmanın aparılması üçün elektron resept sisteminin fəaliyyəti əsas tələblərdən biridir.
Konfrans müzakirələr və maraqlı təkliflərlə davam edib.






Avqust 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova