Sentyabrda 33 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) sentyabrda Bakı şəhəri üzrə 24, digər rayonlar üzrə 9 aptek olmaqla, ümumilikdə 33 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirib. Bu barədə AEM-dən verilən məlumatda bildirilir ki, yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə 4 protokol tərtib edilib.

31-10-2022, 09:22

Dərman və vaksinlərin əlavə təsirləri aşkarlanıbsa, nə etməli?

Bu il yanvar ayının 1-dən avqustun 31-nə qədər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) Farmakonəzarət şöbəsinə dərman vasitələri və vaksinlərin əlavə təsirləri haqqında 115 bildiriş daxil olub. AEM-in mətbuat xidmətindən bildirilib ki, göndərilən bildirişlərin 46-sı tibb işçiləri, 68-i əczaçılıq şirkətləri və cəmi biri pasiyentlərin payına düşür. Xatırladaq ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər

30-09-2022, 13:21

İyulda 35 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır. Mərkəzdən verilən məlumata görə, iyulun 1-dən 31-dək 35 aptekdə yoxlamalar keçirilib. Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində qeydiyyatsız və sertifikatsız dərman vasitələri aşkar olunmayıb. Bəzi xətalarla bağlı 9 protokol tərtib edilib.

31-08-2022, 12:35

Pakistan səfiri Analitik Ekspertiza Mərkəzində olub

Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində (AEM) olub. AEM-dən bildirildiyinə görə, görüşdə iki ölkə arasında əczaçılıq sahəsində əməkdaşlığın gücləndirilməsinin, inkişaf dinamikasının daha da artırılmasının prioritet istiqamətlərdən olduğu qeyd edilib. Mərkəzin baş direktoru Murad Süleymanov görüşdə ölkəmizdə əczaçılıq sahəsi üzrə görülən işlərdən danışıb, eyni zamanda, səfirin mərkəzin

31-07-2022, 12:57

İyunda 40 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır. Mərkəzdən verilən məlumata görə, iyunun 1-dən 30-dək 40 aptekdə yoxlamalar keçirilib. Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində 10 adda 35 qutu qeydiyyatsız və sertifikatsız dərman vasitəsi aşkarlanıb və müsadirə olunub, 7 protokol tərtib edilib.

31-07-2022, 12:55

Ötən ay 10 aptekə protokol tərtib olunub

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır. Mərkəzdən verilən məlumata görə, aprelin 1-dən 30-dək Bakı şəhəri üzrə 33, rayonlar üzrə 2 aptek olmaqla, cəmi 35 əczaçılıq müəssisəsində yoxlamalar həyata keçirilib. Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində 4 maddə üzrə 10 protokol tərtib edilib.

31-05-2022, 11:30

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi mütəxəssislərin işə qəbulu məqsədilə müsabiqə elan edir.

Namizədə tələblər: Təhsili: “Əczaçılıq” ixtisası üzrə orta tibbi təhsilə malik olmalı. Dillər: Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində yaxşı bilik səviyyəsinə malik olmalı, oxumaq, yazmaq və başa düşmək bacarığı olmalı; Kompüter bacarığı: İnternet, MS Word və MS Excel proqramları ilə işləmək bacarığı olmalı; Xüsusi: beynəlxalq farmakopeyalarla iş təcrübəsi, reaktiv və qidalı mühitlərlə davranış, təhlükəsizlik, hazırlanma və utilizasiya qaydalarını bilməli; İşində intizamlı,

31-03-2022, 13:24

Azərbaycan əczaçıları Avrasiya Əczaçılıq Forumunda iştirak ediblər

Moskvada Avrasiya ölkələrinin Əczaçılıq Forumu keçirilib. Tədbirdə ölkəmizi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat və ekspertiza şöbəsinin müdiri Həmid Qurbanov və Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov təmsil ediblər. Forumda əczaçılıq sahəsinin müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb, hər bir ölkənin nümayəndələri ilə dəyirmi masalar təşkil olunub. Azərbaycan təmsilçiləri ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat veriblər.

31-03-2022, 13:15

Apteklərdə monitorinq aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) mart ayı ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumat yayıb. AEM-dən bildirilib ki, bu müddətdə Bakı şəhəri üzrə 10, digər rayonlar üzrə 2 aptek olmaqla, cəmi 12 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib. Əczaçılıq müəssisələrinə baxış zamanı 9 adda, 26 qutu qeydiyyatsız və sertifikatsız dərman vasitəsi aşkarlanıb və müsadirə edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar

31-03-2022, 13:13

Elmi Şuranın yaradılması gənc alimləri stimullaşdıracaq

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzdində ictimai əsaslarda yaradılmış Elmi Şura Mərkəzin işçilərinin elmi-təşkilati və tədqiqat fəaliyyətinə rəhbərliyi həyata keçirəcək. Elmi Şuranın əsas məqsədləri Mərkəzin işçilərinin elmi tədqiqat işlərini ölkənin tibb və əczaçılıq sahəsinin mühüm problemlərinə, inkişaf dinamikasının yüksəldilməsinə doğru istiqamətləndirməkdir. Həmçinin Azərbaycanda və xarici ölkələrdə tibb və əczaçılıq sahəsində elmi tədqiqat işlərinin təşkili və aparılması

31-03-2022, 13:06


Aprel 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova