AEM 25 aptekdə yoxlama aparıb
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır.
Mərkəzdən verilən məlumata görə, 2023-cü il martın 1-dən 31-dək Bakı şəhəri üzrə 24, regionlar üzrə 1 aptekdə yoxlamalar həyata keçirilib.
Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində 10 protokol tərtib edilib.