Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bioloji fəallığa malik qida əlavələrində zərərli maddə aşkarlayıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bioloji fəallığa malik qida əlavələrində zərərli maddə aşkarlayıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin müraciəti ilə daxil olmuş “Lipotrim kaps N36” (seriyası: 555017, yararlılıq müddəti 2023-cü il martın 1-dək) və “Black Panther kaps N36” (seriyası: 0000991720, yararlılıq müddəti 2025-ci il fevralın 1-dək) nümunələrinin ekspertizası aparılıb.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, təqdim edilən “Lipotrim kaps N36” və “Black Panther kaps N36” adlı nümunələr üzərində aparılmış tədqiqatlar nəticəsində tərkiblərində qablaşdırmalarının üzərində haqqında məlumat verilməmiş maddə aşkar edilib. Analiz nəticəsində bu maddənin ölkəmizdə qüvvədə olan 2016-cı il 18 mart tarixli Qanunla təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”nda göstərilmiş “sibutramin” adlı fəal təsiredici maddə ilə eyniliyi təsbit olunub.
AEM-in məlumatında qeyd edilir ki, Gömrük Komitəsinin müraciətindən əvvəl heç bir şirkət və ya qurum tərəfindən “Lipotrim kaps N36” və “Black Panther kaps N36” bioloji fəallığa malik qida əlavələrinin ekspertizası üçün Analitik Ekspertiza Mərkəzinə müraciət olunmayıb.
Məlumatda həmçinin bildirilir ki, sibutramin toxluq hissini artıran anoreksigen maddədir, amfetamin törəməsidir. Piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkiyə malik olanların kompleks müalicəsində istifadə olunur. Avropa Dərman Agentliyi tərəfindən subitramin tərkibli dərmanın əlavə təsirlərinin riskləri ilə bağlı tədqiqatların nəticələrindən sonra 2010-cu ildə Avropa İttifaqı ölkələrində bu maddənin istifadəsi dayandırılıb.
Həmçinin ABŞ-nin Qida və Dərman Administrasiyası (FDA) istehsalçılardan istifadə üçün təlimatlarda ürək-damar xəstəlikləri olan xəstələrdə sibutraminin istifadəsinin qadağan olduğunu göstərməyi tələb edib. Bundan başqa, sibutramin Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş maddələr siyahısına daxil olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova