AEM 50-yə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlayıb

AEM 50-yə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlayıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən özəl tibb müəssisələrində planlaşdırılmış və plandankənar yoxlamalar keçirilir. AEM-dən verilən məlumata görə, bu ilin birinci rübü ərzində plan üzrə yoxlamalar siyahısında olan 77 özəl tibb müəssisəsindən 49-da planlı yoxlamalar aparılıb. Bunun nəticəsində 38 müəssisədə nöqsanlar aşkarlanıb, 11 müəssisədə isə heç bir nöqsan müəyyən edilməyib. Qalan 28 özəl müəssisədə reyestrdən imtina, ünvan dəyişmə, təmir və ya lisenziyanın ləğvi səbəbindən yoxlamaların aparılması mümkün olmayıb.
Plandankənar yoxlamalar nəzərdə tutulan 33 müəssisənin 28-də yoxlamalar aparılıb. Nəticədə, 8 müəssisədə nöqsanlar aşkarlanıb.
Aparılan monitorinqlərin nəticəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1, 215.1 və 215.4 maddələrinə əsasən 52 protokol tərtib edilib və icraata göndərilib.
Bundan əlavə, 67 özəl tibb müəssisəsinin fəaliyyət ünvanlarında yaradılan şəraitin normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib, onlardan lisenziya almaq üçün edilən 55 müraciətə müsbət rəy verilib.
AEM qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində də nəzarət yoxlamaları aparır. Belə ki, 2023-cü il aprelin 1-dən aprelin 30-dək Bakı şəhəri üzrə 30, regionlar üzrə 21 aptek olmaqla, ümumilikdə 51 aptekdə yoxlamalar həyata keçirilib. Nəticədə, əczaçılıq müəssisələrində 15 protokol tərtib edilib.





Avqust 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova