İyul ayında 31 aptekdə yoxlama aparılıb
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır.
Mərkəzdən verilən məlumata görə, 2023-cü il iyul ayı ərzində ümumilikdə 31 aptekdə yoxlamalar həyata keçirilib.
Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində 2 protokol tərtib edilib.