Təhlükəli preparat Azərbaycana idxal edilməyib

Təhlükəli preparat Azərbaycana idxal edilməyib

Hindistan istehsalı olan, Özbəkistanda 18 uşağın ölümünə səbəb olmuş “Doc-1 Max” siropu Azərbaycanda qeydiyyatdan keçib, lakin ölkəyə idxal edilməyib.
Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
AEM-dən bildirildiyinə görə, Özbəkistanda keçirilən laborator tədqiqatların gedişində “Doc-1 Max” preparatının tərkibində toksik maddə olan etilenqlikol aşkarlanıb: “Etilenqlikol və dietilenqlikol əczaçılıqda mikroskopik dozalarda istifadə edilir. Onların əsas istifadə sahəsi isə partlayıcı maddələrin, antifrizlərin, şüşə təmizləyici mayelərin, bəzi plastmas materialların istehsalıdır. Kəskin respirator virus infeksiyalarının müalicəsi zamanı təyin edilən bu preparatın Azərbaycanda qeydiyyata alınmış tərkibində köməkçi maddə kimi toksik etilenqlikol maddəsi deyil, təhlükəsiz olan propilenqlikol istifadə olunub. Ümumilikdə, tərkibində etilenqlikol və dietilenqlikol olan uşaq siropları Azərbaycanda qeydiyyata alınmayıb”.
Qeyd edək ki, Özbəkistan Səhiyyə Nazirliyi 18 uşağın Hindistanın MarionBiotechPvtLtd. şirkətinin istehsalı olan "Doc-1 Max" siropunun istifadəsindən sonra vəfat etməsi barədə məlumat yayıb. Siropun bir partiyasının tərkibində toksik etilenqlikol maddəsi aşkarlanıb. Lakin indiyədək tam müəyyənləşdirilməyib ki, ölümün səbəbi toksik maddə, yoxsa dərmanın dozasının aşması olub. Preparatı 6 yaşdan kiçik 21 uşaq qəbul edib. Onlardan yalnız üçünün həyatını xilas etmək mümkün olub. Özbəkistanda “Doc-1 Max” preparatı reseptsiz satılıb. Halbuki qonşu Qırğızıstanda bu dərman qadağan olunub.
Buna qədər Qambiyada da belə faciəvi hadisə baş verib. Orada ən azı 70 uşaq vəfat edib. Nyu-Dehlidə yerləşən MaidenPharmaceuticalsLtdşirkəti və Hindistan hökuməti isə dərmanın təhlükəli olması haqqında iddiaları rədd edirlər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova