Ötən ay 18 min gənc nikahdan öncə tibbi müayinədən keçib
Artıq iki ildən çoxdur ki, Azərbaycanda “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanuna uyğun olaraq, nikaha daxil olmaq istəyənlər icbari qaydada tibbi müayinədən keçirlər. Bu qaydanın tətbiq olunduğu 1 iyun 2015-ci il tarixindən bu il iyulun sonunadək həmin müayinələrlə 309 224 nəfər əhatə edilib. Ümumilikdə, onların əksəriyyətinin sağlamlıq vəziyyəti qənaətbəxş olub. Bununla belə, müayinədən keçənlərdən 12 594 nəfərdə talassemiya daşıyıcılığı, 1 456 nəfərdə sifilis, 225 nəfərdə isə İİV infeksiyası aşkar edilib.
Təkcə ötən ay ailə qurmaq arzusunda olanlardan 17 793 nəfər tibbi yoxlamalardan keçib.