23-cü Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi

23-cü Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi

28-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində “BIHE 2017” 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçiriləcək. Artıq neçənci ildir ki, sərgi tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları və əczaçılar arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün platforma kimi çıxış edir, bununla yanaşı, Azərbaycanda səhiyyə sisteminin daha da səmərəli olmasına köməklik göstərir.
“BIHE” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.
Hazırda, payız sərgi mövsümünü açacaq sərgiyə hazırlıq istiqamətində fəal iş aparılır. Bu tədbirə 100-dən artıq iştirakçının, o cümlədən Azərbaycan, Almaniya, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlərin qatılacağı gözlənilir.
Sərgidə xarici şirkətlərlə yanaşı, dünyanın nəhəng tibbi avadanlıq istehsalçılarının tərəfdaşı olan aparıcı yerli distribüter qurumları da iştirak edəcək. Yerli distribüterlər arasında “BTL Industries”, “Labservis”, “Planeta” və digər şirkətlər yer alır.
Bu il iştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları (cərrahiyyə əməliyyatı masası üçün tibbi avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları), dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim edəcəklər.
“BIHE” sərgisi ilə paralel daha iki tədbir – “Stomatology Azerbaijan 2017” 12-ci Azərbaycan Beynəlxalq Stomatologiya sərgisi və “Beauty Azerbaijan 2017” 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgisi də keçiriləcək.
“BIHE 2017” sərgisini geniş işgüzar proqram müşayiət edəcək, belə ki, bu tədbir çərçivəsində ilk dəfə olaraq həkimlər üçün konqresin keçirilməsi planlaşdırılır. Bu toplantı səhiyyənin müxtəlif sahələrində çalışan aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirəsindən ibarət olacaq. Təşkilatçılar sərginin ikinci iş günündə eksponentlərlə yerli istehsalçı və distribüterlər arasında vorkşop keçirəcəklər və bu, bazar iştirakçıları arasında birbaşa görüş və danışıqlar üçün əlavə və səmərəli işgüzar platformaya çevriləcək. Vorkşopun keçirilməsində məqsəd sərgi iştirakçılarının yerli şirkətlərlə səmərəli işgüzar əlaqələr qurmasına, ziyarətçilərin isə öz distribüter şəbəkələrini genişləndirməsinə kömək etməkdir.
Beləliklə, ”BIHE 2017” sərgisi səhiyyə sahəsində çalışan peşəkarların ünsiyyəti üçün əsas tədbir olmaqla yanaşı, səhiyyə sahəsində ən son məhsullar, müalicə metodikası və aparıcı texnologiyaların nümayiş etdirildiyi ən əsas məkan olacaq.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova