Beynəlxalq Oftalmologiya günü

Beynəlxalq Oftalmologiya günü

Gözlər insanın normal yaşayışı və fəaliyyəti üçün, xarici aləmi, ətrafda baş verən hadisələri düzgün qavraması üçün çox önəmli olan duyğu orqanıdır. Görmənin itirilməsi və hətta zəifləməsi insanın həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Məhz bu amil göz sağlamlığını qorumaqla məşğul olan oftalmoloq peşəsinin dəyərini daha da artırır.
Avqustun 8-i – böyük sovet oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü dünyanın bir çox ölkələrində Beynəlxalq Oftalmologiya günü kimi qeyd olunur. 2004-cü ildən təsis edilən bu gündə diqqət oftalmologiyanın aktual məsələlərinə, əhali arasında görmə problemlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə yönəldilir. Beynəlxalq Oftalmologiya günü həmçinin təbabətin bu sahəsində beynəlxalq əlaqələrin qurulması və təcrübə mübadiləsi aparmaq üçün də istifadə edilir.
Ölkəmizdə oftalmologiya təbabətin yüksək inkişaf etmiş sahələrindəndir. Azərbaycanda oftalmologiya elminin inkişafında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın müstəsna xidmətləri olmuşdur. Bu gün onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi ölkəmizdə ən böyük göz xəstəxanası, görkəmli alimin elmi və praktiki fəaliyyətini davam etdirən, dünya standartlarına cavab verən klinikadır. Müasir tibbi avadanlıqlarla təchiz olunmuş Mərkəzdə ən mürəkkəb əməliyyatlar həyata keçirilir. Milli Oftalmologiya Mərkəzinin Gəncə və Masallı filialları, həmçinin müasir diaqnostik və cərrahi avadanlıqla tam təchiz edilmiş səyyar klinikası bölgələrdə də əhaliyə yüksək ixtisaslı oftalmoloji xidmət göstərməyə imkan verir.
Beynəlxalq Oftalmologiya günü ərəfəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasında Xarici İşlər Nazirliyinin əməkdaşları üçün oftalmoloji baxış təşkil olunub.
Tədbir çərçivəsində diplomatik xidmət işçiləri oftalmoloji müayinədən keçirilib, onlara görmə problemləri ilə bağlı məsləhətlər verilib. Ehtiyacı olanlara əlavə müayinə və müalicə üçün Milli Oftalmologiya Mərkəzinə müraciət etmək tövsiyə olunub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova