Polis işçiləri arasında narkoloji maarifləndirmə aparılır

Polis işçiləri arasında narkoloji maarifləndirmə aparılır

Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri Daxili İşlər Nazirliyinə (DİN) bilavasitə tabe olan Əlahiddə Çevik Polis Alayında polis əməkdaşlarının maarifləndirilməsi məqsədilə üçgünlük tədbir keçiriblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün təsdiq olunmuş Dövlət Proqramına əsasən keçirilən tədbirdə paytaxtın bütün rayonlarının Çevik Polis Alayının əməkdaşları iştirak ediblər.
Qeyd olunub ki, son vaxtlar narkomaniyanın getdikcə genişlənərək cəmiyyətin və dövlətin qarşısında duran vacib problemlərdən birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının sürətlə artması, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin artması, əksər dövlətlərdə olduğu kimi, ölkəmizdə də ciddi narahatlıq doğurur. Ona görə də problemin həlli üçün yollar araşdırılıb, təkliflər irəli sürülüb.
Keçirilən tədbirlər çərçivəsində Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri narkotik vasitələr, onların növləri, orqanizmdə törətdiyi fəsadlar və cəmiyyətdə yaratdığı problemlər barədə təqdimatla çıxış ediblər. Tədbir iştirakçılarına narkotik vasitə istifadəçilərinin aşkarlanması barəsində geniş məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova