“Ağ ölüm”ə qarşı mübarizə gücləndirilir

“Ağ ölüm”ə qarşı mübarizə gücləndirilir

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tərifə görə, narkotiklərə eyforiya, asılılıq yaradan, psixi və fiziki sağlamlığa zərər yetirən maddələr aid edilir. Belə vasitələrin qəbulu nəticəsində yaranmış xroniki xəstəlik isə narkomaniya adlandırılır.
Bu barədə AZƏRTAC-a müsahibəsində Respublika Narkoloji Mərkəzinin direktor müavini Aytən Səmədova məlumat verib. O deyib ki, bitki mənşəli və sintez olunmuş maddələr olan narkotik vasitələrin ixracı, idxalı, istehsalı və istifadəsi beynəlxalq və ölkədaxili qanunlarla qadağan edilib: “Narkotik maddələrin siyahısı çox böyükdür və hər il yeni sintez olunmuş narkotik vasitələrin adları ilə daha da genişlənir. Dünyada ən çox yayılmış narkomaniya növlərinə çətənə bitkisi, təbii tiryək və koka bitkisindən hazırlanmış narkotik vasitələr, eləcə də psixomimetiklərə və stimulyatorlara olan asılılıq aid edilir”.
Narkomaniyadan müalicə olunan xəstələr haqqında danışan direktor müavini daha sonra deyib: “Bu ilin 7 ayı ərzində Respublika Narkoloji Mərkəzində 1 967 nəfər stasionar müalicəyə qəbul olunub. O cümlədən onlardan 730 nəfər alkoqol qəbulu, 1 224 nəfəri opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, 13 nəfəri isə digər diaqnozlarla hospitalizasiya edilib.
2006-cı ildə Nazirlər Kabinetinin təsdiq etdiyi “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları”na uyğun olaraq, inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİÇS-in yayılmasının qarşısını almaq üçün də tədbirlər görülür. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 213 xəstə, o cümlədən 166 nəfəri Narkoloji Mərkəzdə, 47 nəfəri isə Respublika QİÇS-lə Mübarizə Mərkəzində müalicə alır”.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova