Bu ilin ilk 6 ayında 19 min litrə yaxın qan tədarük olunub
Səhiyyə Nazirliyi talassemiyalı xəstələrin və ümumiyyətlə, qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunmaq üçün Bakıda və regionlarda könüllü qanvermə aksiyalarının təşkilini davam etdirir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin ilk 6 ayı ərzində ölkə üzrə keçirilmiş 177 qanvermə aksiyasında 39 756 nəfər donor iştirak edib, 18 884,1 litr qan tədarük olunub.
Donor qanının əksər hissəsi B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında (MQB), Milli Onkologiya Mərkəzində, MQB Gəncə bölməsində və Kliniki Tibbi Mərkəzdə toplanılıb.