Yüz yaşlı səhiyyə ocağına media-tur
Kliniki Tibbi Mərkəz (KTM) Azərbaycanda keçiriləcək Bakı 2015 Avropa Oyunları dövründə iştirakçılara xidmət göstərmək üçün əsas klinik baza xəstəxanası kimi seçilib. Bunu bu günlərdə həmin tibb müəssisəsində Səhiyyə Nazirliyi tərəfindən jurnalistlər üçün təşkil olunan məlumat turunda KTM-in baş həkimi Sultan Əliyev bildirib. Səhiyyə ocağında idmançıların, turistlərin müayinədən keçmələri üçün xüsusi şöbələrin yaradılacağını söyləyən baş həkim Mərkəzin bu tədbirə tam hazır olduğunu vurğulayıb.6-01-2015, 18:26