“Donorluq mədəniyyətinin inkişafında gənclərin və jurnalistlərin rolu”

“Donorluq mədəniyyətinin inkişafında gənclərin və jurnalistlərin rolu”

Bakıda bu mövzuda konfrans oldu

Hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları ölümdən xilas etməyə kömək edir. Bu barədə Bakının Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçirilmiş “Donorluq mədəniyyətinin inkişafında gənclərin və jurnalistlərin rolu” mövzusunda konfransda danışılıb. Tədbirdə qan donorluğu və talassemiya haqqında məlumat verilib, eləcə də gənclərin və jurnalistlərin qan donorluğunun inkişafına töhfələri diqqətə çatdırılıb.
Konfrans Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü, B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının və Qan Donorları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Mərkəzi Qan Bankının həkimi Həqiqət Əliyeva, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Fuad Rəsulov və digər çıxış edənlər talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkənlərin həyatı üçün kütləvi qanvermə aksiyalarının əhəmiyyətini vurğulayıblar, bu aksiyaların reallaşmasında, eləcə də könüllü qan donorlarına hörmət və ehtiramın yaradılmasında, donorluğa yeni insanların cəlb olunmasında KİV nümayəndələrinin rolunu xüsusi qeyd ediblər. Çıxışlarda bu konfransın Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək verəcəyinə ümid ifadə olunub.
QHT nümayəndələrinin, könüllü donorların iştirak etdikləri tədbirdə qan donorluğu ilə bağlı videoçarx nümayiş olunub.
Sonda qan donorluğunun inkişafına töhfələr vermiş təşkilatlara, eləcə də könüllü donorlara təşəkkürnamələr təqdim edilib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova