Respublika Narkoloji Mərkəzinin 30 illiyi qeyd olunub

Respublika Narkoloji Mərkəzinin 30 illiyi qeyd olunub

Respublika Narkoloji Mərkəzinin yaradılmasının 30 illiyi münasibətilə bu tibb müəssisəsində tədbir keçirilib.
Toplantıda qeyd olunub ki, 30 il əvvəl – 1986-cı ildə Respublika Narkoloji Dispanseri kimi fəaliyyətə başlayan səhiyyə ocağı əhaliyə ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərən müalicə-profilaktika müəssisəsidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 iyun 2011-ci il tarixli əmri ilə təsdiq edilmiş əsasnaməyə görə, bu qurum Respublika Narkoloji Mərkəzi kimi formalaşdırılıb. O vaxtdan etibarən bu tibb müəssisəsi müalicə-profilaktika işləri ilə yanaşı, ölkəmizin ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların dövriyyəsinə nəzarəti də həyata keçirir.
Mərkəzin 30 illik yubileyi münasibətilə səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə sistemində uzunmüddətli qüsursuz və səmərəli əməklərinə görə Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqları Etibar Kazımovu və Səfiyar İsayevi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif edib.
Tədbirdə Mərkəzin direktoru Telman Məmmədhəsənov bu əlamətdar gün münasibətilə kollektivi səmimi qəlbdən təbrik edib, işlərində uğurlar arzulayıb.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova